Bakıda küçədə gecələyən yeniyetmə Narkoloji Dispanserə yerləşdirilib


19:53     15 Yanvar 2022 22_01_15_1642254917.jpg

Bakıda küçələrdə gecələyən və narkotik aludəçisi olduğu iddia edilən yeniyetmə Respublika Narkoloji Dispanserə yerləşdirilib.

Bu barədə Femida.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsin 2007-ci il təvəllüdlü Ruslan Məmmədov olduğu müəyyənləşib.

T.Mərdanoğlu bildirib ki, Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində yeniyetmənin olduğu yer müəyyənləşdirilib və o, Respublika Narkoloji Dispanserə yerləşdirilib.

Dövlət Komitəsinin sözçüsü qeyd edib ki, R.Məmmədovun 15 gün müddətinə dispanserdə müayinə və müalicələrə cəlb olunmasına qərar verilib:

"Ruslan Məmmədov bundan əvvəl də dəfələrlə səhiyyə ocağına yerləşdirilib, lakin buna baxmayaraq o, tibb müəssisəsini tərk edib".

Açar sözlər:

Oxunub: 446