22 yaşlı polis əməkdaşı ağır qəzada öldü - FOTO


11:30     16 Yanvar 2022 22_01_16_1642316920.jpg

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.

Belə ki, "VAZ-21015” markalı avtomobillə "Mercedes Vito” markalı maşının toqquşub. Qəza nəticəsində "Vaz-21015”in sürücüsü, 2000-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.

(qafqazinfo.az)

Açar sözlər:

Oxunub: 478