Azərbaycanda bu şəxslər yanvar ayı ərzində 80 manat alacaqlar - RƏSMİ (VİDEO)


11:47     16 Yanvar 2022 22_01_16_1642317478.jpg

Vətən müharibəsi iştirakçıları "Müharibə veteranı" adını və vəsiqəsini, həmçinin aylıq 80 manat təqaüdü yanvar ayı ərzində ala biləcəklər.

Femida.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaçacaq.




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov REAL-a açıqlamasınd bildirdi ki, vətəndaşlara sosial dəstəyin verilməsi istiqamətində atılan addım Vətən müharibəsində iştirak edən, vəzifəsindən və orada gördüyü işdən asılı olmayaraq bütün qaziləri əhatə edəcək.

Pulsuz təhsil almaq hüququna malik olan şəhid ailə üzvləri arasında bu xidmətdən yararlanan xeyli şəxs olub.

Vətən müharibəsindən keçən dövr ərzində həssas qrupa göstərilən dəstək tədbiləri çərçivəsində 2600-ə yaxın hərbi qulluqçuya əlillik verilib, şəhid ailələrinə 15 min 841 sosial ödəniş təyin edilib. Ötən illərlə müqayisədə mənzil təminatı 5 dəfə genişləndirilib. Mənzil təminatı həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsndə şəhid olan şəxslərinailə üzvlərini, o cümlədən veteranları əhatə edib. 3 min şəhid ailələri və əlilliyi olan şəxslərə mənzillər və fərdi evlər təqdim edilib.

Həsas qrupun sosial təminatının və mənzil şəraitinin yaxşılaşdırılçası istiqmatində işlər növbəti illərdə də davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 399