Bakıda 10 yaşlı uşağı avtomobil vurub


12:47     16 Yanvar 2022 22_01_16_1642318081.jpg

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Rüstəmli Yüsif Asəf oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 301