Əfqanıstanın paytaxtında partlayış baş verib, ölənlər və xəsarət alanlar var


15:33     16 Yanvar 2022 22_01_16_1642322020.jpg

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Femida.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Hadisə nəticəsində iki uşaq ölüb.

Bir neçə mülki şəxsin yaralandığı deyilir.

Qeyd edək ki, bu, 2022-ci il başlayandan Kabildə 3-cü partlayışdır. Yeni ilin ilk günü Kabildə Pedaqoji Universitetin yaxınlığında törədilən partlayış nəticəsində iki nəfər yaralanıb.

Yanvarın 12-də isə naməlum şəxslər polis avtomobilinə əldəqayırma partlayıcı atıblar. Partlayış nəticəsində “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin 2 əməkdaşı yaralanıb.

Açar sözlər:

Oxunub: 457