Göyçayda xarici ölkə vətəndaşından narkotik alan qohumlar saxlanılıb


17:14     16 Yanvar 2022 22_01_16_1642330269.jpg

Göyçayda xarici ölkə vətəndaşından onlayn narkotik alan qohumlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Fərhad Adilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. F.Adilov ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkələrin birinin vətəndaşından 300 manata aldığını və bibisi oğlu Tərlan Həsənovla Bakı şəhərinə gedərək əvvəlcədən ona deyilən yerdən götürüb, Göyçaya qayıtdıqlarını bildirib.

Tədbirlərin davamı olaraq bir neçə gün əvvəl rayon ərazisindəki oğurluqlara görə saxlanılan T.Həsənovun da yaşadığı ünvana baxış keçirilib və oradan psixotrop maddə metamfetamin (“patı”), narkotik vasitə heroin və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 916