Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb


17:34     16 Yanvar 2022 22_01_16_1642332919.jpg

Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.

Bu barədə Femida.az -ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb.

"Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - Dövlət Komitəsinin sözçüsü bildirib.

Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində 5 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər yayılıb.

Açar sözlər:

Oxunub: 563