Goranboyun kəndlərində elektrik enerjisinin nəqli bərpa olunub


20:24     16 Yanvar 2022 22_01_16_1642343178.jpg

Goranboyda fasilə yaranmış bir neçə kəndinin elektrik enerjisi bərpa edilib

Femida.az -ın məlumatına görə, Boluslu, Məşədiqaralar, Eyvazlı və Nərimanlı kəndlərinin bir hissəsində elektrik enerjisinin verilməsində yaranmış problem həll edilib və hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi təmin olunub.

Qeyd edək ki, adı çəkilən kəndləri elektrik enerjisi ilə təmin edən xəttədə qısaqapanma yarandığını və bu səbəbdən bir müddət elektrik cərəyanının verilməsində fasilə yarandığı bildirilib.

Açar sözlər:

Oxunub: 387