Polis 12 yaşlı qızı güllələdi - DƏHŞƏT


15:17     13 Yanvar 2016 220138_470683.jpg


ABŞ-da 12 yaşlı qız polisin açdığı güllə yarasından ölüb. Femida.az xəbər verir ki, məlumatı TASS agentliyi ABŞ mediasına istinadən məlumat yayıb.


Faciəvi hadisə Pensilvaniya ştatının Harrisburq əyalətində baş verib.Məlumata görə, bazar ertəsi günü səhər saatlarında polis Stark Stil 57 yaşlı kişinin icarə borcu ilə əlaqədar məsələni aydınlaşdırmaq üçün onun evinə gəlib.

Kişi onun gələcəyini bilib və polis nümayəndəsini əlində tüfənglə qarşılayıb, polis özünü müdafiə etmək üçün atəş açıb.

Bu zaman açılan güllə onun azyaşlı uşağına dəyib. Nəticədə 12 yaşlı qız aldığı güllə yarasından yerində ölüb. Ölən qızın atası polisə müqavimətdə ittiham olunur.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1178