Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var


18:47     17 Yanvar 2022 22_01_17_1642422304.jpg

Xızı rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 15-də saat 22 radələrində rayonun Giləzi qəsəbəsi ərazisində Füzuli rayon sakini E.Hüseynovun idarə etdiyi “KamAZ” və Salyan rayon sakini Rövşən Cavadovun idarə etdiyi “NAZ Lifan” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən R.Cavadov orada ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 408