Bakıda gənc oğlanı bıçaqlayan şəxsin məhkəməsi başlayır


10:47     18 Yanvar 2022 22_01_18_1642487032.jpg

Bakıda gənc oğlanı bıçaqlamaqda təqsirləndirilən Yaqub İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

Femida.az xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azər Paşayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında paytaxtın Nizami rayonunda yerləşən məktəblərin birinin həyətində baş verib.

Belə ki, Y.İbrahimov 2005-ci il təvəllüdlü Həsənzadə Ömər Namiq oğlunu bıçaqlayıb.

Keçirilən əməliyyat tədbirləri zamanı Y.İbrahimov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərə vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 327