BDU-nun 8 fakültəsinə dekan seçilib - SİYAHI


14:38     18 Yanvar 2022 22_01_18_1642498152.jpg

Bakı Dövlət Universitetinin 8 fakültəsinə yeni dekan seçilib.

Femida.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 8 fakültədə səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər artıq yekunlaşıb.

Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.

Açar sözlər:

Oxunub: 509