Metroda intihar edən şəxslə bağlı FAKTLAR - YENİLƏNİB


19:12     13 Yanvar 2016 c9ace934175d07a42d7ca461236aec5c.jpg

İntihar edən şəxsin qardaşı Bakıya çağırılıb


Lent.az-ın əldə etidiyi məlumata görə, intihar edən 34 yaşlı Qoşqar Aşurov əslən Qazax rayonundandır və bu rayonda qeydiyyatdadır. O, bir neçə il əvvəl ailəsi ilə birgə Bakıya işləməyə gəlib və burada kirayə yaşayırmış. Bir müddət əvvəl isə Q.Aşurov işsiz qalıb.

Q.Aşurovun əksər qohumları rayonda yaşadığı üçün onun barəsində hələlik dolğun informasiya almaq mümkün olmayıb. Onun qardaşı Bakıya çağırılıb.

****

Femida.az faktı dəqiqləşdirmək üçün «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti ilə əlaqə saxladı.

Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı doğrulasa da, ətraflı məlumı birazdan verəcəklərini bildirdi:

“Aldığımız məlumata görə bu gün metronun “Əhmədli” stansiyasında faciəvi hadisə baş verib. Lakin hadisənin necə və niyə baş verdiyi hələlik məlum deyil. Hazırda araşdırma aparılır”.

***
BAKU.WS-in məlumatına görə, ölən şəxs 1982-ci il təvəllüdlü Qoşqar Etibar oğlu Aşurovdur.




Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 4508