Xocavənddə tikinti şirkətinin əməkdaşında narkotik aşkarlanıb


17:55     18 Yanvar 2022 22_01_18_1642508204.jpg

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisindəki nəzarət postunda aparılan yoxlamalar zamanı tikinti şirkətinin əməkdaşında narkotik vasitə aşkarlanıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda prosedur qaydalarına uyğun olaraq aparılan yoxlamalar zamanı işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan Masallı rayon sakini Qurbanəli Cabbarovun sərnişini olduğu avtomobil saxlanılıb.

Tikinti şirkətlərindən birini işçisi olan Q.Cabbarova məxsus çantaya baxış keçirilərkən narkotik vasitələr olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 524