İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb


20:58     18 Yanvar 2022 22_01_18_1642521126.jpg

İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Namiq Beybutov və Zahid Şəfiyevin hər birindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

Onların barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 437