Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib


17:44     19 Yanvar 2022 22_01_19_1642592721.jpg

“Hər hansı uşaqda qan azlığı ilə bağlı ciddi kəskin proses yoxdursa və dərin anemiya dövrünün pik həddində deyilsə, bütün peyvəndlər vurulmalıdır”.

Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, peyvəndlə zəif qan azlığı arasında əlaqə yoxdur.

E.Rəhimov əlavə edib ki, xəstəliyin kəskin fazasında peyvənd vurulması tövsiyə edilmir.

O misal olaraq qeyd edib ki, hətta ürək qüsurları olan uşaqlar belə peyvənd olunur.

Açar sözlər:

Oxunub: 504