Ötən il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb


19:16     19 Yanvar 2022 22_01_19_1642594588.jpg

Ötən il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Femida.az-a bildirilib ki, yol-nəqliyyat hadisələrinin 1 597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib.

Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıclarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olub.

Sürücülərlə yanaşı piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınmışdır ki, bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir.

Yol-nəqliyyat hadisələrinin növləri içərisində həmçinin toqquşma (539), maneəni vurmaq (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir.

Açar sözlər:

Oxunub: 450