Avropa Komissiyası Rusiyaya xəbərdarlıq edib


20:27     19 Yanvar 2022 22_01_19_1642602501.jpg

“Avropa İttifaqı Ukraynada vəziyyət pisləşəcəyi təqdirdə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edəcək”.

Femida.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviter hesabında yazıb.

"Biz Ukrayna ilə həmrəyliyimizi bir daha təsdiqləyirik. Vəziyyət pisləşərsə, tərəfdaşlarla razılaşdırılmış genişmiqyaslı sanksiyalar tətbiq edəcəyik. Avropa İttifaqı ilə Rusiya arasında dialoq davam edir. Biz Rusiya ilə dialoqu davam etdiririk, lakin Avropanı təsir dairələrinə bölmək cəhdlərini qəbul etmirik”, - o vurğulayıb.

Açar sözlər:

Oxunub: 342