Ərəb koalisiyası Yəməndə 90 husini zərərsizləşdirib


09:55     19 Yanvar 2022 22_01_19_1642617884.jpg

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının qüvvələri son sutka ərzində Yəmənin Marib əyalətində husilərin 90 tərəfdarını məhv edib.

Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə koalisiya bəyanat yayıb.

Koalisiya qüvvələri Marib yaxınlığında husilərə məxsus obyektlərə 19 hava zərbəsi endirib. Atışma nəticəsində 11 hərbi maşın məhv edilib.

Husilər hələlik bu barədə heç bir açıqlama verməyib.

Bir gün əvvəl koalisiya Marib bölgəsində hava əməliyyatları zamanı 80 husinin məhv edildiyini, həmçinin 9 hərbi maşının yararsız hala düşdüyünü bildirib.

Yəməndə 2014-cü ilin avqust ayından hökumət qüvvələri ilə husilərin silahlı qrupları arasında qarşıdurma davam edir.

Açar sözlər:

Oxunub: 463