Bakıda iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


10:22     20 Yanvar 2022 22_01_20_1642658075.jpg

Bakıda iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Akif Hüseynovun cinayət işi üzrə məhkəməsi başlayır.

Femida.az -ın xəbərinə görə, iş yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabr ayında Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçmək istəyən qəsəbə sakinləri - Adil Canatovla Tərlan Şahpələngovu vurulub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 369