Bakıda avtomobil 54 yaşlı kişini vurub


10:55     20 Yanvar 2022 22_01_20_1642658145.jpg

Bakıda avtomobil 54 yaşlı kişini vurub.

Femida.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yeddinci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Hüseynov Eldar Nizami oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 523