Bakının bəzi yollarında sürət həddi endirilib


10:38     20 Yanvar 2022 22_01_20_1642658228.jpg

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.

Femida.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

"Bu gün üçün proqnozlaşdırılan hava şəraitilə əlaqədar hərəkət iştirakçılarına ehtiyyatlı olmalarını tövsiyə edirik.

Hərəkətin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və meterioloji amilləri nəzərə almalıdırlar. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər.

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir", - qurum bəyan edib.

Açar sözlər:

Oxunub: 445