Maaş və pensiyaların artımı ilə bağlı MÜHÜM XƏBƏR!
12:23 20 Yanvar 2022
“Mövcud qaydalara əsasən, pensiya kapitalı əvvəlki ildəki inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildəki orta aylıq əməkhaqqındakı artım faizinə indeksiasiya olunur”.
Femida.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, artıq Dövlət Statistika Komitəsi tərəfindən illik inflyasiya göstəricisi elan olunub:
"Bu o deməkdir ki, vətəndaşların pensiya kapitalı, yəni pensiya yığımları əvvəlki ilin inflyasiya səviyyəsinə indeksasiya olunacaq:
“Məsələn, söhbət xüsusən də pensiya yaşı tamam olmayan, amma pensiya kapitalı olan vətəndaşlardan gedir. Vətəndaşın pensiya kapitalı 30 min manatdır. Amma onun pensiya yaşı tamam olmasa da, 2021-ci ildəki inflyasiya səviyyəsinə uyğun olaraq indeksiasiya olunacaq. Yəni, 30 min manatın üzərinə 6,7 faiz inflyasiya səviyyəsinə uyğun olaraq, əlavə indeksasiya məbləği gələcək. Onun pensiya kapitalı avtomatik olaraq, yanvar ayından etibarən artmış olacaq. Bu da gələcəkdə həmin şəxsin pensiyası hesablanan zaman pensiya məbləğinə təsir göstərəcək”.
Deputat qeyd edib ki, yaxın günlərdə orta aylıq əməkhaqqındakı artım faizi də elan oluncaq:
“Daha sonra isə əmək pensiyaları həmin faizə indeksiasiya olunacaq və praktik olaraq yaxın vaxtlarda pensiya kapitalının, eləcə də əmək pensiyalarının indeksiasiyası ilə bağlı qərarın veriləcəyi gözlənilir”.
Oxunub: 618
Oxşar xəbərlər
- Maaşlar artdı
- Maaşlar 12,3 faiz artıb
- Maaşların nə qədər artacağı ilə bağlı YENİ AÇIQLAMA - VİDEO
- Maaş artımı gözləyənlərə ŞAD XƏBƏR - Detallar açıqlandı (VİDEO)
- Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
- Maaşlar artırılacaq - YENİ TƏKLİFLƏR
- Maaşı verilməyən işçi hara şikayət etməlidir? - VİDEO
- Maaşı verilməyən işçi hara şikayət etməlidir?
- Maaşlar nə qədər artacaq? - Nazirlik açıqladı
- Maaş almaq üçün gedərkən faciə yaşadılar: 30 ölü, 200 itkin