Gədəbəydə buzlu yol avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var


20:12     20 Yanvar 2022 22_01_20_1642694562.jpg

Gədəbəy rayonunda avtomobil aşıb.

Femida.az -ın məlumatına görə, yolun buzlu olması səbəbindən minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində bir ailənin üzvləri - 2010-cu il təvəllüdlü Məmmədov Röyal İlqar oğlu, 1985-ci il təvəllüdlü Məmmədova Hicran Əmiraslan qızı və 1974-cü il təvəllüdlü Məmmədov İlqar Oktay oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 767