Qardaş bacısını qısqanclıq zəminində öldürüb - RƏSMİ


17:32     13 Yanvar 2016 hebs87.jpg


Daxili İşlər Nazirliyi Yevlaxda törədilmiş qətllə bağlı məlumat yayıb. Femida.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 12-də Yevlax şəhəri ərazisində üzərində bıçaq xəsarətləri olan 25-30 yaşlı qadın meyiti tapılıb. Yevlax RPŞ əməkdaşları tərəfindən onun şəhər sakini Ahu Hüseynova olması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun qardaşı Veys tərəfindən qısqanclıq zəminində törədilməsi müəyyən edilib və o, tutulub.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1118