Rusiya Müdafiə Nazirliyinin xüsusi təyyarəsinin müəmmalı reysi
09:16 21 Yanvar 2022
ABŞ-ın və NATO-nun Şərqi Avropa və keçmiş sovet məkanında hərbi iştirakını artırmasına cavab olaraq Rusiyanın Venesuela və Kubada hərbi kontingent, hətta nüvə raketləri yerləşdirə biləcəyi barədə Moskvadan səslənən bəyanatların ardınca bu ölkənin Müdafiə Nazirliyinin xüsusi təyyyarəsi Latın Amerikası istiqamətində uçub.
virtualaz.org xəbər verir ki, “Zapiski oxotnika” adlı telegram-kanalında bu haqda bildirilir. Məlumata görə bu gün yanvarın 20-də səhər saatlarında Müdafiə Nazirliyinin İl-76M xüsusi təyyarəsi Moskvadan havaya qalxaraq əvvəlcə Dəməşq aeroportunda enib, daha sonra Latın Amerikası istiqamətində uçub.
Təyyarənin göyərtəsində kimlərin olduğu məlum deyil, amma bu fakt Rusiya ilə Latın Amerikasının bəzi ölkələri arasında hərbi kontingentin yerləşdirilməsinə dair danışıqların getdiyinə dəlalət edə bilər. Bildirilir ki, bir neçə gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyyarəsi Latın Amerikasına uçmuşdu. Həmin təyyarədə Müdafiə Nazirliyinin rəsmilərinin səfərinə hazırlıq üçün nümayəndələrin göndərildiyi ehtimal edilir.
Ötən əsrin 60-cı illərində SSRİ-nin ABŞ-ın Türkiyədə nüvə başlıqları yerləşdirməsinə cavab olaraq gizlicə Kubaya öz nüvə raketlərini daşıması tarixdə “Karib böhranı” kimi qalan və dünyanı nüvə müharibəsinin bir addımlığına gətirib çıxaran hərbi-diplomatik böhrana səbəb olmuşdu.
Oxunub: 503
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib