Türkiyə ordusu 4 il ərzində 6 mindən çox terrorçunu zərərsizləşdirdi


09:20     21 Yanvar 2022 22_01_20_1642702085.jpg

Türkiyə Silahlı Qüvvələri 2018-ci il yanvarın 20-dən Suriyanın şimal-qərbində "Zeytun budağı" əməliyyatı zonasında 6 min 370 terrorçunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Sözügedən antiterror əməliyyatı 72 təyyarənin iştirak etdiyi hava hücumu ilə başlayıb.

Bildirilib ki, çətin hava və coğrafi şəraitə baxmayaraq, Türkiyə ordusu beton sığınacaqlarda gizlənən terrorçuları addım-addım məhv edib.

""Zeytun budağı" əməliyyatı 57 gün davam edib və Türkiyənin bütün hərəkətləri beynəlxalq hüquq və insan haqları normalarına cavab verib. Türkiyə Silahlı Qüvvələrinin səyləri ilə 1859 kv. km. ərazi terrorçulardan təmizlənib".

Açar sözlər:

Oxunub: 779