Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub


10:58     21 Yanvar 2022 22_01_21_1642746173.jpg

Yanvarın 20-də Bakının Binəqədi rayonunun DSK yolu adlanan ərazisində “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

"Daşıyıcının verdiyi məlumata görə, yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da, qəza dayanma işıqlarını qoşmayıb. Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb lakin yol sürüşkən olduğundan hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb", - məlumatda qeyd edilib.

Açar sözlər:

Oxunub: 493