Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qanunvericilik dəyişdirilir


18:54     21 Yanvar 2022 22_01_21_1642776906.jpg

Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə qanunvericiliyə dəyişiklik edilir.

Femida.az -ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunun 9-cu maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanunun hazırkı bəndi isə belədir: "Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".

Açar sözlər:

Oxunub: 489