Paşinyan Aİ-nin nümayəndəsi ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib


20:55     21 Yanvar 2022 22_01_21_1642781099.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə təmsilçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Femida.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Görüşdə 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış vəziyyət, Azərbaycan-Ermənistan dövlət sərhədində sabitliyin təmin olunması və gərginliyin azaldılması məsələləri müzakirə olunub.

Açar sözlər:

Oxunub: 447