Xaçmazda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var


10:14     22 Yanvar 2022 22_01_21_1642790927.jpg

Xaçmazda avtomobil ağaca çırpılıb.

Hadisə Quba-Xaçmaz yolunun Arzu kəndindən keçən hissəsində baş verib.

Belə ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil ağaca çırpılıb. Qəza nəticəsində Xaçmaz rayonunun Yergüc kənd sakinləri - 1997-ci il təvəllüdlü Turan Elman oğlu Məhərrəmov və 1998-ci il təvəllüdlü Hüseyn Faiq oğlu Məhərrəmov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına catdırılıblar. H.Məhərrəmovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qəzaya yolun sürüşkənliyi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 408