Suriyada İŞİD-in 50-dən çox terrorçusu məhv edilib


10:46     23 Yanvar 2022 22_01_23_1642916781.jpg

Suriyanın şimal-şərqindəki Əl-Həsəkə şəhərində İŞİD-in 50 terrorçusu məhv edilib.

Femida.az bu barədə "Al-Arabiya" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Suriyanın hərbi qüvvələri ABŞ hərbçilərinin dəstəyi ilə Əl-Həsəkədə terrorçuların saxlandığı həbsxanaya hücum həyata keçirib.

Hücum nəticəsində həbsxanadan qaçmağa çalışan İŞİD terrorçuları zərərsizləşdirilib.

Bundan əvvəl həbsxana yaxınlığında kamikadzenin avtomobili partlatması nəticəsində Suriyanın bir neçə döyüşçüsü ölüb.

Açar sözlər:

Oxunub: 489