İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək


12:22     23 Yanvar 2022 22_01_23_1642919825.jpg

COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək.

Femida.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Baş nazirin daha bir qərarı ilə laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.

Açar sözlər:

Oxunub: 558