Ermənistanın dövlət borcu artıb


13:09     23 Yanvar 2022 22_01_23_1642921813.jpg

Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın mənfi təsirləri aradan qaldırmaq və ya yumşaltmaq Ermənistanın dövlət borcunun sürətlə artmasına səbəb olub.

Bu barədə Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Ermənistan iqtisadiyyatının 2020-ci ildə 7,4 % tənəzzülünün qeydə alındığı nəzərə alınaraq, hökumətin yeni kredit götürməli olacağı gözlənilirdi.

Vaxtilə dövlət borcundan şikayətlənən hazırkı hökumət 2021-ci ildə ölkənin borcunu 1,25 milyard ABŞ dolları və ya 16,1 % artırıb. Dövlət borcunun ən yüksək artım tempi qlobal böhran ilində - 2009-cu ildə qeydə alınıb, o zaman dövlət borcu bir il ərzində 1,46 milyard ABŞ dolları artıb.

Qeyd edilir ki, 2021-ci ildə Ermənistanın dövlət borcu daxili borcun artımı hesabına artıb, xüsusən də xarici borc 585,5 milyon ABŞ dolları və ya 10,4 %, daxili borc isə 674 milyon dollar və ya 35,3 % artıb.

Dövlət borcunun uzun müddət səmərəsiz idarə edilməsi nəticəsində Ermənistanın adambaşına düşən borcu 3 112 ABŞ dolları təşkil edirdi, təkcə 2021-ci ildə adambaşına düşən dövlət borcu 420,4 ABŞ dolları artıb.

Açar sözlər:

Oxunub: 3061