Qazaxda ana və övladı yol qəzasında xəsarət alıb


19:35     23 Yanvar 2022 22_01_23_1642952156.jpg

Qazaxda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Femida.az -;n məlumatına görə, "Hərbi şəhərcik" adlanan ərazidə iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Q.Nuriyeva və onun oğlu 2018-ci il təvəllüdlü Z.Nuriyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Q.Nuriyevanın vəziyyəti normal, Z.Nuriyevin vəziyyətinin isə qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 336