Biləsuvarda qanunsuz ov edən şəxs saxlanılıb


11:22     24 Yanvar 2022 22_01_24_1643008062.jpg

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Biləsuvar rayonunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İmişli rayon sakini Mirasim Əzimov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 413