Qadın pəncərədən yıxılıb yaralandı


18:51     13 Yanvar 2016 v-volgograde-muzhchina-izbil-molotkom-svoego-brata_1904.jpeg

Astara rayon sakini ehtiyatsızlıqdan yıxılaraq, ağır xəsarət alıb.


Bu barədə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) qəbul şöbəsindən bildirilib. Məlumata görə, rayonun Şahağacı kənd sakini, 57 yaşlı Alimə İslam qızı Əsədova yaşadığı evin ikinci mərtəbəsindəki pəncərədən yıxılıb. Yaxınları onu dərhal Lənkəran MRX-na çatdırıblar. Burada A. Əsədovaya birinci bel fəqərəsinin kompressiyası, yəni sınığı diaqnozu təyin olunub. Ona müvafiq tibbi yardım göstərilib. Bununla belə vəziyyətinin ağır olduğu bildirilir. /apa/

Açar sözlər:

Oxunub: 833