Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri saxlanılıb


18:54     24 Yanvar 2022 22_01_24_1643039702.jpg

Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət blokunun üzvü, polis polkovniki Sayat Şirinyan saxlanılıb.

Femida.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Benik Qaltsyan məlumat verib.

"Təxminən 30 dəqiqə əvvəl maskalı şəxslər Sayat Şirinyanı evindən çıxarıblar”, - o, feysbuk hesabında yazıb.

Saxlanmanın səbəbləri hələlik məlum deyil.

Açar sözlər:

Oxunub: 561