DİN: "Toy qaydalarını pozanlar barədə 44 cinayət işi başlanılıb"


21:11     24 Yanvar 2022 22_01_24_1643042196.jpg

Toy qaydalarını pozanlar barədə 44 cinayət işi başlanılıb.

Femida.az -IN xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 2021-ci il iyulun 1-dən toy, nişan, ad günləri və digər şənlik mərasimlərinin keçirilməsinin monitorinqi diqqət mərkəzində saxlanılır: "Bu günə qədər respublika ərazisində 51 853 şadlıq sarayı və digər obyektlərdə, fərdi evlərdə və həyətlərdə 2 505 monitorinq aparılıb. Monitorinqlərin 39 779-u polis tərəfindən, 12 074-ü digər dövlət qurumları ilə birgə keçirilib. Aşkarlanan pozuntuların sayı 3 369 təşkil edib, 44 cinayət işi başlanılıb. COVID-19 pasportu olmadığına görə 64 580 nəfər şənlik mərasimlərinə buraxılmayıb".

Açar sözlər:

Oxunub: 375