Bakıda şirkət əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb


10:15     25 Yanvar 2022 22_01_25_1643090026.jpg

Bakıda şirkət əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə Femida.az-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 24-ü saat 19 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində “Rahat Telecom” MMC-də montajçı işləyən 1977-ci il təvəllüdlü Müseyib Cəfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Müseyib Cəfərov metal dirəyə çıxıb internet kabeli çəkilişi işləri görən zaman üzərindən keçən yüsək gərginlikli elektrik naqilininə toxunub, elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Açar sözlər:

Oxunub: 491