Federasiya əməkdaşını döyərək öldürən şəxslərin ibtidai istintaqı başa çatıb


10:58     25 Yanvar 2022 22_01_25_1643090395.jpg

Bakıda Azərbaycan Avtomobil Federasiyasının əməkdaşını döyərək öldürməkdə təqsirləndirilən Kamandar Məmmədov, Mais Abıyev və Nurlan Canıyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Femida.az -ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyunun 24-də Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

Səxavət Məmmədov axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən naməlum şəxslər onun qarşısını kəsərək döyüb. Nəticədə o, hadisə yerində ölüb.

Daha sonra 1991-ci il təvəllüdlü Məmmədov Kamran Əlmərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlu polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində elə şübhəli şəxs qismində saxlanılıb.

Açar sözlər:

Oxunub: 440