Karantin müddətinin azaldılması yanvarın 24-dən əvvəl yoluxanlara da aiddir - RƏSMİ
12:12 25 Yanvar 2022
COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PCR test nəticəsi “müsbət” olan şəxslərə və onların müəyyən olunmuş “sıx təmaslı”larına da şamil edilir.
Femida.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, “Omikron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumlarının müəyyən etdiyi virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur: "Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırır".
Oxunub: 560
Oxşar xəbərlər
- Karantin rejimi ilə bağlı 24 mindən çox ticarət obyekti monitorinq edilib
- Karantin rejimi ilə bağlı 13 mindən çox ticarət obyekti monitorinq edilib
- Karantin rejimini pozan mikroavtobus sürücüləri cərimələnib
- Karantin rejimini pozan vəzifəli şəxsə cinayət işi açıldı
- Karantin qaydalarını pozan çay evləri cərimələndi
- Karantini pozan 40 nəfər həbs edilib
- Karantin qaydaları pozuldu: 5 şadlıq evi cəzalandırıldı
- Karantin qaydalarını pozan restoranlar cərimələnib
- Karantin qaydalarını pozan çayxana aşkarlandı
- Karantini pozan repetitor saxlanılıb