Gəncədə müəllimi borca görə qətlə yetirən şəxsə hökm oxunub


12:45     25 Yanvar 2022 22_01_25_1643093178.jpg

Gəncədə qətl törətməkdə təqsirləndirilən Seymur Rəfiyevə hökm oxunub və o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az -ın xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, hadisə 2020-ci il avqustun 28-də Gəncə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Rəfiyev Seymur Natiq oğlu xalası əri, 1953-cü il təvəllüdlü Dəmirov Yusif Fərhad oğlunu qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən Y.Dəmirov Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi“ müəllimi olub.

İttiham aktına əsasən, S.Rəfiyev qohumunu ondan aldığı 310 manat borca görə öldürüb.

Açar sözlər:

Oxunub: 404