Yasamalda avtomobil 54 yaşlı kişini vurub


12:32     25 Yanvar 2022 22_01_25_1643093329.jpg

Bakıda 54 yaşlı kişini avtomobil vuraraq ağır xəsarətlər yetirib.

Femida.az -ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Hüseynov Nazim Mikayıl oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün, qabırğaların sınığı və döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 502