Bakıda 1000-ə yaxın sürücü və 35-ə yaxın “parkovşik” cərimələnib


12:59     25 Yanvar 2022 22_01_25_1643093549.jpg

Yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar 1000-ə yaxın sürücü cərimələnib.

Bu barədə Femida.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.

O bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı özlərini “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılaraq cərimə edilib.

“Yol polisi tərəfindən qanunsuz parklanması ilə əlaqədar reydlər davam etdirilir”, - DYP rəsmisi vurğulayıb.

Açar sözlər:

Oxunub: 424