Abşeronda avtomobilin vurduğu qadın xəstəxanada ölüb


14:50     25 Yanvar 2022 22_01_25_1643097185.jpg

Abşeronda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

Hadisə yanvarın 17-də Bakı-Şamaxı-Yevlax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı sakini, 1988-ci il təvəllüdlü Maxsud Muradov idarə etdiyi “Nissan Patrol” markalı avtomobillə piyada, paytaxt sakini, 1968-ci il təvəllüdlü Xanım İmanovanı vurub. Yaralı daha sonra Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

X.Muradova yanvarın 22-də orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 476