Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
11:14 26 Yanvar 2022
Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "Opel" markalı minik maşınının toqquşması nəticəsində hər iki avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüblər və ikisi azyaşlı olmaqla 5 nəfər Göyçay rayon sakinləri - 1995-ci il təvəllüdlü Əfsanə İsa qızı Kərimova, anası, 1970-ci il təvəllüdlü Şövqiyə Zaman qızı Həmidova, övladları, 2001-ci il təvəllüdlü Məriyəm Ceyhun qızı Kərimova, 2019-cu il təvəllüdlü Ömər Ceyhun oğlu Kərimli və hələlik şəxsiyyəti məlum olmayan "Opel" markalı maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıblar.
Toqquşmanın təsirindən avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar FHN-nın əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Zərərçəkənlər əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına oradan isə Göyçay Rayon Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 562
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Ucarda yeniyetmə oğlan qardaşını qətlə yetirib
- Ucarda oğurluq edən şəxs saxlanılıb
- Ucarda şadlıq sarayının sahibi həbs edilib
- Ucarda evində narkotik "parnik"i yaradan şəxs saxlanılıb
- Ucarda maşın aşıb, ər və arvad xəsarət alıb - FOTO
- Ucarda arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərilib