Bu gündən məktəbəhazırlıq qruplarında qış tətili başlayır


10:47     27 Yanvar 2022 22_01_27_1643265020.jpg

Bu gündən etibarən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında qış tətili günləri başlayır.

Femida.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Belə ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarının müvafiq bəndlərinə əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 27-31 yanvar tarixlərində qış tətili günləridir.

Açar sözlər:

Oxunub: 413