Təhsil Nazirliyi məktəb direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlayıb


15:14     27 Yanvar 2022 22_01_27_1643274877.jpg

Təhsil Nazirliyi Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırmalar aparır.

Bu barədə Femida.az -ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

"Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək", - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

Açar sözlər:

Oxunub: 548