Gürcüstandan Azərbaycana gələn yük avtomobillərində siqaretlər aşkarlanıb


15:25     27 Yanvar 2022 22_01_27_1643274981.jpg

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycana gələn "Mercedes-Benz" və "Man" markalı yük nəqliyyat vasitəsitələri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Femida.az -ın Komitəyə istinadən verdiyi məlumata görə, bu zaman hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildiriblər.

Lakin gömrük baxışı zamanı yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 4 600 ədəd "Marlboro touch" markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 414